Dünya 12:16 18.03.2018

Ərdoğan: "Artıq Afrində Türkiyə bayrağı dalğalanır"

"Bir xoş xəbəri sizinlə bölüşmək istəyirəm. Afrin şəhər mərkəzi saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən nəzarətə götürülüb".

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Çanaqqala zəfərinin 103 illiyinə həsr edilmiş mərasimdə çıxış edən prezident Afrində artıq Türkiyə bayrağı dalğalanır:

"Afrində artıq terror təşkilatının bez parçası yox, hüzur və güvənin simvolları dalğalanır. Bu anda orada Türkiyənin, Azad Suriya Ordusunun bayrağı dalğalanır. Qəhrəman əsgərlərimizə təşəkkür edirəm. Ölkələrinin gələcəyi üçün mübarizə aparan Azad Suriya Ordusuna minnətdaram. Terrorçularla mübarizə apararkən bölgəni yaşana bilər hala gətirmək üçün bütün addımları atacağıq".

Aydın