Video 16:52 25.03.2019

Ərdoğan Ayasofyanı yenidən məscidə çevirmək istəyir (VİDEO)

İstanbulda yerləşən Ayasofya məbədi məscidə çevrilə bilər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu açıqlamasında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, hazırda muzey statusu daşıyan Ayasofyanın məscid çevrildikdən sonra bütün turistlər üçün girişin pulsuz edilə biləcəyindən söz açıb.

Xatırladaq ki, Ərdoğan bu barədə daha öncə də çıxış etmiş, hətta ötən il Ayasofyada quran oxutdurulmuşdu. Lakin Yunanıstan hökuməti Türkiyənin bu addımını qınamış və dəyərlərə hörmətsizlik kimi səciyyələndirilmişdi.

Qeyd edək ki, məbəd VI əsrdə inşa edilib. Əvvəl provaslav kilsəsi, İstanbulun fəthindən sonra məscid, Atatürkün qərarından sonra isə muzey kimi fəaliyyət göstərib.