Siyasət 13:25 25.02.2020

Ərdoğan: "Azərbaycanda parlament seçkilərini də müzakirə edəcəyik"

"Azərbaycandan parlament seçkiləri keçirilib. Səfər çərçivəsində bu barədə də müzakirələrimiz olacaq".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında deyib. Ölkələrimiz arasındakı iqtisadi münasibətlərdən də söz açan Türkiyə prezidenti ticarət həcminin artırılacağını bildirib.

"Azərbaycanla 2019-cu ildə ticarət həcmimiz 2018-ci illə müqayisədə 25 faiz artaraq, 4,4 milyard dollara çatıb. Lakin hələ də 2015-ci ildəki ticarət həcmimizin gerisindəyik. 2023-cü ilə qədər bu rəqəmi 15 milyard dollara çatdırmağı hədəfləyirik. Ölkəmizin Azərbaycandakı birbaşa yatırımlarımız isə 11 milyard dollara yaxındır. Azərbaycanın Türkiyədəki investisiyalarının həcminin isə bu ilin sonuna qədər 20 milyard dollara çatacağını düşünürük".

Ərdoğan türk podratçıların bu günə qədər Azərbaycanda 14,2 milyard dollar dəyərində 414 layihə icra etdiklərini də sözlərinə əlavə edib.
 
Camal