Dünya 13:36 10.07.2019

Ərdoğan Əli Babacan və Abdulla Güldən küsüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, sabiq xarici işlər naziri Əli Babacanın partiyanı tərk etməsinə münasibət bildirib.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, ölkə rəhbəri Bosniya və Hersoqovina səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb:
"Əli Babacan mənimlə görüşüb seçkidən sonra istefa verəcəyini demişdi. Qərarını partiyaya aidlik hissini itirməsi ilə əsaslandırdı, mövqeyinin dəyişməsinə səbəb kimi ölkədəki iqtisadi vəziyyəti göstərdi. Görüşümüzdə partiya yox, platforma yaradacaqlarını demişdi. Əli Babacana daha əvvəl partiyada məşləhətçi vəzifəsini təklif etdim, qəbul etmədi. Özbəkistan prezidenti məndən dövlətin yenidən qurulmasında iştirak edə biləcək şəxs istədi, Əli Babacana təklif etsəm də, buna da rədd cavabı verdi. Mənə görə sona qədər yol yoldaşlığı etmək lazımdır. Bu günə qədər 17-18 nəfər AKP-ni tərk edib, qrup yaratmaq istəyiblər, lakin çoxunu artıq xatırlamırsınız. Bəziləri prezident postundan gedəndən sonra öz partiyasına üzv belə olmadı. Əli Babacana öz yolunu qura biləcəyini, lakin bu ümməti parçalamağa haqları olmadıqlarını bəyan etdim".

rdoğan partiyanı tərk edən Əli Babacan, keçmiş baş nazir Əhməd Davudoğlu, sabiq prezident Abdulla Gülə incik olub-olmamaq barədə suala müsbət cavab veri: "Onlardan inciməyəcəm də, kimdən inciyəcəm?"

Gülşən