Siyasət 23:41 31.10.2019

Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında Gürcüstana səfər edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Gürcüstan baş naziri Giorgi Qaxariya ilə birgə mətbuat konfransı zamanı bildirib.

Həmçinin gələn ay iqtisadiyyat nazirlərinin sədrliyi ilə hökumətlərarası komissiyaların iclaslarını keçirməklə bağlı razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, R.T.Ərdoğan son dəfə Gürcüstana 2010-cu ildə, baş nazir ikən işgüzar səfər etmişdi.