Dünya 18:25 20.07.2013

Ərdoğan nazirdən 200 lirə borc aldım - VİDEO

Türkiyənin Baş naziri bu pulu sünnət edilmiş uşaqlara bəxşiş olaraq verib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sünnət edilmiş iki uşağa bəxşiş vermək üçün nazirdən borc pul alıb. Ərdoğan Kastamonu hava limanının açılışında olarkən sünnət edilmiş iki uşaq Baş nazirin yanına gəlib. Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan bir müddət uşaqları oxşayıblar. Bu zaman Baş nazir yanında əyləşən nəqliyyat, dənizçilik və əlaqələndirmə naziri Binəli Yıldırıma üzünü tutaraq, ondan 200 lirə borc alıb. Baş nazir bu pulu yanına gələn uşaqlara bəxşiş kimi verib. 

Qaynar.info