Dünya 12:18 02.06.2018

Ərdoğan qərar verdi: "Uber" Türkiyədə qadağan edildi

Taksi xidməti göstərən "Uber" şirkəti Türkiyədə fəaliyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O bildirib ki, ölkəsinin öz taksi sistemi var və "Uber"ə ehtiyacları yoxdur. Ölkə bu yolla yerli şirkətlərin hüquqlarını qoruyacaq.

Qeyd edək ki, "Uber" Danimarka, Macarıstan, Bolqarıstanda qadağan edilib, Fransa, Yaponiya, İtaliya, Almaniya kimi ölkələrdə isə şirkətə məhdudiyyətlər tətbiq edilir.

Gülşən