Dünya 15:45 27.11.2021

Ərdoğan Türkmənistana səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan saat 13.50-də Türkmənistanın paytaxtı Aşqabad şəhərinə yollanıb.

 

Qaynarinfo xəbər verir ki, Türkiyə liderini Aşqabad Beynəlxalq Hava Limanında Türkmənistan Nazirlər Şurasının sədr müavini Çar Qılıçov, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral və səfirliyin əməkdaşları qarşılayıblar.


Prezidentlə birgə, xanımı Əminə Ərdoğan Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Təhsil Naziri Mahmut Özer, Milli Müdafiə Naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli, Ticarət naziri Mehmet Muş, Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın da Aşqabada gedib.

 

Xəyal