Siyasət 19:22 30.07.2018

Ərdoğandan Adnan Oktarla bağlı ilk açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan casusluq, uşaqların cinsi istismarı, insan alveri kimi bir sıra cinayətdə ittiham olunan Adnan Oktarla bağlı ilk dəfə açıqlama verib.

"Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, prezident Afrika səfəri zamanı ad çəkmədən "son zamanlarda gündəmə çevrilən adam” dediyi Oktarı "əxlaqsız” adlandırıb:

"İstanbulda Üsküdar Burhaniyədə yaşadığım vaxt qonşum olub, amma şəxsən tanımıram. Əxlaqsız bir adamdı. Ədəbi yerində deyil. Sizin onlara əmanət etdiyiniz uşaqlarınızı, gənclərinizi alıb istədikləri kimi yetişdirir, sonra da rejimin içinə salıb buraları ələ keçirmə planları qururlar”.