Dünya 18:13 22.04.2019

Ərdoğandan Kamal Kılıçdaroğlu açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün şəhid cənazəsində hücuma məruz qalan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə bağlı açıqlama verib.

Qaynarinfo CNNTurk-ə istinadən xəbər verir ki, Ərdoğan Kılıçdaroğluna qarşı etirazın şiddətə çevrildiyini bildirərək hadisənin yolverilməz olduğunu və araşdırıldığını vurğulayıb. 

CHP lideri özü də olayla bağlı danışıb: "Dostlarımız bütün görüntüləri izləyir və məsələni araşdırır. Kənddəki vətəndaşlarla əlaqə yaradırıq. İşi sadəcə məhkəməyə buraxmamışıq. Hadisəyə səbəbkar olanların hamısı müəyyənləşdiriləcək. Türkiyənin normal vəziyyətə qayıtmağını istəməyən siyasətçilər və digər ünsürlər var. Ölkənin çox ciddi problemləri var və biz bunları həll etməliyik. Sabitliyin təmin edilməsini istəməyən, kin və nifrət toxumu səpən siyasətçilərə icazə verməməliyik".

Qeyd edək ki, Kamal Kılıçdaroğlu ötən gün şəhid Yener Kırıkçının cənazə mərasimi üçün Ankaranın Çubuk rayonuna gedib. Mərasim zamanı CHP rəhbəri əleyhinə şüarlar səsləndirən qrup ona hücum edib və ona 2 yumruq zərbəsi endirib.

Gülşən