Dünya 16:56 06.03.2020

Ərdoğandan Putinlə görüş haqda ilk açıqlama

Türkiyə prezidenti Rəcəb Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Moskvada aparılan danışıqlar nəticəsində imzalanan İdlibə dair yeni razılaşmanı şərh edib.

Qaynarinfo "Hürriyet"ə istinadla xəbər verir ki, Türkiyə lideri vətəninə dönərkən təyyarənin göyərtəsində açıqlamalar verib.

"Bu saziş ölkəmizin sərhədlərini Suriya rejiminin hücumlarından və terror aktlarından qoruyur", - Ərdoğan açıqlamasında deyib.

O, sənədin bölgədəki vəziyyəti sabitləşdirmək üçün əsas olduğunu və orada yerləşən Türk ordusunu qoruduğunu da əlavə edib.
 
Alpər