Siyasət 17:46 22.04.2021

Ərdoğandan qondarma erməni soyqırımı ilə bağlı açıqlama

"Qondarma erməni soyqırımı iddiası qarşısında həqiqətləri müdafiə edəcəyik”.

"Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Prezident yanında Məşvərət Şurasının toplantısında bildirib.

İclasda qondarma erməni soyqırımının növbəti ildönümü yaxınlaşdıqca, bu məsələ ətrafında cərəyan edən proseslər də müzakirə olunub.

"Qondarma erməni soyqırımı yalanına və siyasi hesaplaşmalarda bu iftiranı müdafiə edənlərə qarşı həqiqətləri müdafiə etməkdə davam etdirəcəyik”, - R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Prezident yanında Məşvərət Şurasının bu gün keçirilən iclasında quruma yeni üzvlərin qəbul olunması, yeni konstitusiya layihəsi və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə məsələləri müzakirə edilib.