Dünya 15:37 17.12.2017

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Yunanıstanın paytaxtı Afina şəhərində İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) terror təşkilatının 9 üzvü saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, onların Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planı hazırlamaq istədikləri üzə çıxıb. Qruplaşma üzvlərinin evlərində aparılan axtarışlar zamanı sui-qəsdin planları, qumbaralar, molotof kokteylləri və RPG-7lər tapılıb.

Planda Ərdoğan "əqrəb" kod adı ilə verilib. Sui-qəsd prezidentin konvoyunun keçdiyi an gerçəkləşdiriləcəkdi. Sağdan və soldan RPG-7lərlə zərbə endiriləcək, daha sonra isə qruplaşma üzvləri prezidentin avtomobilinə hücum edəcəkdilər.

Qeyd edək ki, terrorçular arasında 2013-cü ildə Ədalət və İnkişaf partiyasının (AKP) mərkəz binasına və Türkiyənin Ədliyyə Nazirliyinə hücum təşkil etməkdə şübhəli bilinən Hasan Biberin də adı var.