Dünya 12:20 11.02.2019

Ərdoğanı təhqir edən 75 yaşlı qocaya qeyri-adi cəza (FOTO)

İstanbulda çay evlərinin birində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində təhqiramiz ifadə işlətdiyi üçün saxlanılan 75 yaşlı Əli Şahin adlı vətəndaşa kitab oxuma cəzası verilib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilmiş cəzaya görə o, kitabları oxuduqdan sonra məzmununu yazmalıdır.

Əli Şahin ifadəsində çay evinə tanımadığı bir nəfərin gəldiyini, ardınca isə polis əməkdaşlarının onu bölməyə apardığını və sorğu-suala tutduqlarını deyib:

"Gələn adamı tanımırdım. Bundan sonra polislər gəldi və məni ifadə verməyə apardılar. Böhtan səbəbindən başıma bunlar gəldi. Mən prezidenti təhqir etməmişəm. Belə bir şeyin olması mümkün deyil".

Qeyd edək ki, siyahıda Ərdoğanın həyat və fəaliyyətinə dair də kitab var.