Dünya 14:00 01.06.2013

Ərdoğanın evi nəzarətə götürüldü

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı evi qarşında təhlükəsizlik tədbirləri artırılıb. 

Məlumata əsasən, Ərdoğanın evi qarşında çevik polis alayına məxsus qüvvələr, su şırnaqları və çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib.

Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanında Gezi parkındakı nümayişçilərə dəstək aksiyaları keçirilir. Türkiyə KİV-in məlumatına görə, hazırda Taksim meydanındakı Gezi parkında gərginlik davam edir.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib. Lakin polisin müdaxiləsindən sonra nümayiş dağıdılıb.

Qaynar.info