Dünya 13:43 28.02.2020

Ərdoğanın müşaviri: “Ankara Moskvadan "dəhşətli" qisas alacaq”

Ankara Suriyanın İdlib bölgəsində Türkiyə əsgərlərinin həlakına səbəb olan hava hücumlarına görə Moskvadan "dəhşətli" qisas alacaq.

Qaynarinfo Gazeta.az-a istinadla xəbər verir ki, o bu sözləri Türkiyə prezidenti Ərdoğanın xarici məsələlər üzrə müşaviri Məsud Haqqı A Haber televiziya kanalına açıqlamasında deyib və 25 milyon müsəlmanın yaşadığı Rusiyanın daxildən parçalanacağına söz verib.

"Biz keçmişdə Rusiya ilə 16 dəfə döyüşmüşük, yenə də döyüşəcəyik. Qisasımız olduqca dəhşətli olacaq", - Haqqı deyib.

Xatırladaq ki, gevralın 28-nə keçən gecə Suriyanın İdlib əyalətində Bəşər Əsəd qüvvələri və Rusiya qoşunlarının hava zərbələri nəticəsində ən azı 33 türk əsgəri həlak olub.
 
Alpər