İdman 18:04 17.02.2019

Ərəb şahzadəsi Avropa nəhəngini satın alır - 4,3 milyard

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman futbola sərmayə qoymağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, ərəb şahzadə "Mançester Yunayted"i almaq istəyir. Bu barədə İngiltərənin yüksək tirajlı "The Sun" məlumat yayıb.

İddialara görə, Məhəmməd bin Salman "Mançester Yunayted"in amerikalı sahibləri - Qlazer ailəsinə 3,8 milyard funt-sterlinq (4,3 milyard avro) təklif edib. 

Qlazer ailəsi 14 il əvvəl klubu 790 milyon funt-sterlinqə alıb. Bu satış baş tutsa, onlar 2,2 milyrd dollar gəlir əldə edəcək.

Qeyd edək ki, Məhəmməd bin Salman bundan əvvəl Səudiyyə Ərəbistanı klublarının 340 milyon dollarlıq xarici borcunu silmişdi. Onun mənsub olduğu Səudiyyə kral ailəsinin ümumi sərvəti 890 milyard funt-sterlinqdi.