Foto 19:01 04.09.2019

Ərənərdən senzuraya sərt reaksiya: "Çılpaqlıq ayıb deyil" (FOTOLAR)

Türkiyəli müğənni Sərtab Ərənər senzuraya məruz qalmasına sərt reaksiya verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, ötən gün "Harbiye" Açıq Hava Teatrında konsert proqramı ilə çıxış edən müğənninin nümayiş üçün hazırladığı videoya qadağa qoyulub. S.Ərənər videoya qadın sinəsi göründüyü üçün belə qərar verildiyini bildirib və buna etiraz edib:

"Sənət senzuraya məruz qala bilməz. Çılpaqlıq ayıb deyil, verilən qərar ayıbdır. Çox qəzəbləndim və dərin yara aldım. Xüsusilə sənətə tətbiq edilən qadağalara qarşıyam. Qadının sinəsi görünür deyə filmi kəsmək dəhşətdir".

Müğənni Hadisə sosial şəbəkə hesabında həmkarına dəstək verib və məyusluğunu dilə gətirib.