Siyasət 16:31 21.06.2013

Ərəstun Oruclu prezidentliyə namizəd oldu

Müxalifəti təmsil edən daha bir siyasətçi yaxın günlərdə prezidentliyə namizədliyini irəli sürdüyünü elan etmək qərarına gəlib. 

“Yeni Müsavat”a daxil  olan məlumatda bildirilir ki,  “A13 hərəkatı”nın idarə heyətinin toplantısında təşkilatın sədri Ərəstun Oruclunun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb.

Maraqlıdır  ki, Bakıdakı xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılsa da, geniş ictimaiyyətə bu barədə bilgi verilməyib. Əldə  etdiyimiz məlumata görə, Ərəstun Oruclu gələn həftənin ilk günlərində prezidentliyə namizəd olacağını rəsmən bəyan edəcək.(musavat.com)