Dünya 13:37 10.08.2017

Ərini öldürmək üçün kreditə qatil tutdu

İstanbulda Sevgi Göral adlı qadının həyat yoldaşını öldürmək üçün tutduğu qatilin pulunu hissə-hissə ödədiyi məlum olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalan qadın sevgilisi İbrahim Doğantürklə əlbir olaraq həbsdə olan Bünyamin Aktaşla razılığa gəlib və hər ay onun hesabına 200-300 türk lirəsi yatırıb. 2015-ci ildə həbsdən çıxan Aktaş Sevginin həyat yoldaşı Tolqa Görala atəş açaraq qətlə yetirib. 

Cinayətdən iki ay sonra Antalya şəhərində görüşən sevgililər mübahisə edib və Sevgi Göral telefonda Aktaşa "Səni də məhv edərəm, özümü də" deyib. Polis tərəfindən izlənilən telefonda deyilən bu sözlər şübhə yaradıb və cinayətin cütlük tərəfindən planlaşdırıldığı aşkarlanıb.

Gülşən

Qaynarinfo.Az