Xəbər lenti

Erkən boşanmaların səbəbi nədir? (VİDEO)
Ölkə 23:59 08.08.2017

Erkən boşanmaların səbəbi nədir? (VİDEO)

Ötən il 13 min 114 boşanma qeydə alınıb. Boşananlarının 5 minə yaxınının nikahı cəmi 5 ilə qədər davam edib.

"Qaynarinfo" Xəzər TV-yəistinadən məlumat verir ki, Ailə qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov boşanmalara səbəb kimi qadınların məişət zorakılığına məruz qalmalarını göstərir.

Boşanmaların digər səbəbi isə sosial şəbəkələr vasitəsi ilə tanışlıqdır. Sosial həyatda bir-birlərini az tanıyan cütlüklər evləndikdən bir müddət sonra maraqları üst-üstə düşmədiyindən boşanmaya gətirib çıxarır. Valideynlərin qarşılıqlı razılaşması əsasında qurulan ailələr də çox hallarda boşanmayla nəticələnir. Boşananlar arasında yaşı 18 olan oğlanlar və qızlar da var.

Ailə qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi cütlüklərin nikaha daxil olmazdan əvvəl psixoloq yanına getmələrini tövsiyə edir. Düşüncələri, əyləncə anlayışları, hadisələrə baxış tərzləri üst-üstə düşən gənclərin evlilikləri daha uzunömürlü hesab olunur. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->