Dünya 09:26 06.06.2019

Erməni əsilli nazir istefaya göndərilir

Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakov istefaya göndərilə bilər.

Qaynarinfo xəbər verir ki, nazirin istefasını tələb edən elektron ərizəyə 25 mindən çox insan imza atıb. Prezident Vladimir Zelenski bunu nəzərdən keçirməlidir.

Qeyd edək ki, Ukraynada mayın 31-də 5 yaşlı uşağın qətlində iki polis ittiham edilir.