Ölkə 14:25 29.09.2020

Erməni generalın sağ qalma ehtimalı yoxdur

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb. 

"Qafqazinfo”nun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, A. Martikyan "Harop" kamikadze dronu vasitəsilə dəqiq şəkildə vurulub. 

A. Martikyan ölüb, ən yaxşı halda isə ölümcül vəziyyətdədir. Ermənistan rəhbərliyi bununla bağlı cəmiyyətə açıqlama  verə bilmir.

Qeyd edək ki, generalın ölümü ilə bağlı ötən gün Ermənistanın sosial media səhifələrində məlumat yayılmışdı.