Ölkə 11:45 26.10.2020

Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri bilindi

Ermənistan silahlı qüvvələrinin komandirlərinin işğal olunmuş Xankəndidə iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub.

Qaynarinfo-nun məlumatına görə, ötən gün Dağlıq Qarabağda separatçı rejimin hərbçiləri uşaq bağçasında iclas keçirib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Məlum olub ki, həmin bağça Xankəndi şəhərində yerləşən 3 saylı uşaq bağçası olub.