Ölkə 13:29 27.09.2020

Erməni hərbi bölmələri türk jurnalistləri hədəfə aldı

Erməni hərbi bölmələri "TRT Haber” və "Anadolu” agentliyinin əməkdaşlarının olduğu nöqtəyə minaatandan 3 atəş açıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı TRT yayıb. 

Türk jurnalistlər Ermənistanın Azərbaycanın mülki şəxslərə silahlı hücum etdiyi Tərtərin Qapanlı kəndində olan əraziyə gediblər. Həmin vaxt jurnalistlərin olduğu yerə ermənilər top atəşinə tutublar. Məlumata görə, mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Hadisə nəticəsində yaralıların olmadığı bildirilib.