Siyasət 23:00 23.04.2019

Erməni katolikosu terrorçuya dəstək verir - FOTOFAKT

Azərbaycanlı tarixçi Elmar Həsənli "Facebook"da erməni terrorizmini ifşa edən foto paylaşıb.

Qaynarinfo xəbər verir ki, fotoda erməni katolikosu I Vazgenin Kaliforniyada terrorçu Misak Torlakiyanı ölüm ayağında ziyarət etməsi təsvir olunub.

Elmar Həsənli bildirib: "Bu həmin Misak Torlakiyandır ki, Nemezis erməni terror təşkilatının üzvü olub . O, 1921-ci ildə Difai partiyasının üzvü, Cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşiri İstanbulda Pera-Palas otelinin qarşısında güllələyir. Həbs olunur və terrorçunu erməni diasporası həbsdən Kaliforniyaya qaçırdır. Katolikos boş-boşuna ziyarətə gəlməyib".