Ölkə 13:13 31.10.2020

Erməni separatçılarının bu məlumatı da yalandır (FOTO)

"Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanını üzə çıxarıb.

Erməni separatçılarının Azərbaycanın fosfor silahlarından istifadə etməsi barədə dedikləri yalandır:

1. Azərbaycanın silah-sursatında belə döyüş sursatı yoxdur və yeganə "sübut” vaxtı və yeri göstərilmədən qeydə alınmış keyfiyyətsiz bir videodur.

2. Videodan münaqişə tərəflərindən hansının iddia edilən sursatı istifadə etdiyini ayırd etmək mümkün deyil.

3. Bunlar, sıx bir meşədə yerləşən mövqelərdən düşmən canlı qüvvəsini çıxartmaq üçün istifadə olunan, daxilində termit qarışığı olan adi alovlandırıcı mərmilərdir.

Xatırladaq ki, 2016-cı ildə Ermənistan dinc əhaliyə qarşı fosfor sursatından istifadə etmişdir.