Siyasət 14:47 04.02.2022

Erməni siyasidən Rusiya ilə bağlı üsyankar sözlər: “Ruslar bizi qoruyur?”

"Rusiya Ermənistanı tabe etmək üçün qoşun yeridib. İşğal ordusu bizi qorumayacaq, bunu unudun”.

Qaynarinfo xəbər verir ki, bunu Ermənistan Milli Məclisi Ali Şurasının keçmiş deputatı, siyasətçi Azad Arşakyan mətbuata açıqlamasında deyib. O, Rusiyanın təsirində olduqca Ermənistanın suveren resurslarını artıra bilməyəcəyini bildirib: 

"Biz suveren resurslarımızı artırmalıyıq, amma nə qədər ki, Rusiya təsirləri, Rusiyanın Ermənistandakı təsir agentləri var, biz suveren resurslarımızı artıra bilmərik. Onlar (təsirlər və aqentlər) sadəcə olaraq Ermənistan Respublikasının suveren resurslarını məhdudlaşdırmaq üçündür. O ordu (Gümrudakı 102-ci baza) bizim resurslarımızı məhdudlaşdırmaq üçündür. Biz indi öz ərazimizdən qaz kəməri çəkə bilmərik, heç bir ölkədən hərbi yardım istəyə bilmərik, qadağandır, məhduddur. Bizim o suveren resursumuz iqtisadi, sosial sahələrdədir, texnologiyalar, ideyalar da resursdur.

Başa düşürsünüzmü ki, biz Avropa İttifaqında bazarı olan sənayeni ölkəmizdə təşkil edə bilmərik? Araz çayını kim keçməlidir? Türkiyə Araz çayını keçmək istəyir, rus sərhədçisi buna qadağa qoyur? Onların bizsiz də bir-biri ilə əlaqəsi var. Bizimlə məsləhətləşmirlər. O sərhədçilər (ruslar) bizim təhlükəsizliyimizi qorumur, onlar qaçaqmalçılığı qoruyur. 

"Zona baxan” (türmə, rejim, məcburi əmək istismarı) üstümüzə qoşun yeridib ki, birdən  suverenliyimizi artırmaq barədə düşünərik. Sizcə, "zona baxanlar” niyə demokratiya ideyasına düşmən münasibət bəsləyirlər? Hətta MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş zamanı Putin postsovet ərazilərində güya demokratiyanı zorla tətbiq etmək istəyən Qərbə qarşı birgə mübarizə aparacağına söz verib. 

"Zona baxan” ədalətsizlik rejimi qurub. Məsələn, onların (rusların) tatarlardan daha çox hüquqları var. Rusiyada müxtəliflik məhdudlaşır, məsələn, mədəniyyətə qarşı. Baxın, məktəblərdə çuvaş dilini öyrənmək məcburi deyil, amma rus dili məcburidir. "Zona” ayrı-seçkilikdir, o ayrı-seçkilik demokratiyanı dəstəkləmir. Ədalət və bərabərliyi təmin edən demokratiyadır. Onlar demokratiyanın, insan haqlarının əleyhinədirlər, çünki hamının bərabər olması ilə razılaşmırlar. Onlar razılaşmırlar ki, biz bərabərik. Qərb NATO vasitəsilə ruslara deyir ki, bütün xalqlar bərabərdir. Ukrayna və Gürcüstan vətəndaşları Moskva və Sankt-Peterburq vətəndaşları qədər hüquqlara malikdirlər.

MDB ona görə yaranıb ki, keçmiş Sovet ölkələrinə həmin birliyin vasitəsi ilə müdaxilə edə bilsin. 

Biz deyirik ki, rus ordusu Ermənistanı tərk etməsin, onlar bizi qoruyyular. Deyin görüm, bizə qarşı hansısa aqresiya zamanı rus ordusu bizi qoruyub? Ən azından bir gün olubmu belə bir şey? İki gözlərimi və qulaqlarımıda verərəm kimsə desə ki, rusiya ordusu bizi 10 saniyə belə olsun, haçansa qoruyub. MDB Rusiyanın gizli adından biridir. Cinayətlər sevir gizlənməyi. Çox az cinayətkar var ki, kim olduqlarını gizlətmirlər. 

1991-ci ildə Ermənistan əhalisinin 99% referendum iştirakçıları Rusiya bazasından, rus "sapoq”undan, Rusiyanın himayəsindən, onların komunizmindən, kolxozundan, bolşevizmindən imtina etdi, uzaq durdu. Biz artıq demişik ki, biz ruslara güvənmirik. Rusiyanın bu bölgədə olması erməni xalqı üçün məhv olma taleyi olub”. 

Telman