Ölkə 12:44 29.09.2020

Erməni təcavüzü nəticəsində ölən və yaralananların sayı açıqlandı (RƏSMİ)

"27 sentyabrda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təcavüzə əl atıblar. Davam edən döyüşlər nəticəsində 10 mülki şəxs həlak olub”.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. 

Onun sözlərinə görə, 30 nəfər yaralanıb:

"Ölən və yaralananlar arasında yeniyetmələr var”.

L.Abdullayeva bildirib ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti təcavüzə atıb:

"Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, mülki əhalini və mülki infrastrukturu bilərək nişan alır və atəş açır”.