Foto 12:09 31.10.2020

Ermənilər Ağcabədiyə raket atdı, qəbiristanlıq dağıldı (FOTO)

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən atəşə tutub.

Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 31-də düşmənin növbəti dəfə atdığı raketlərdən biri rayonun İmamqulubəyli kəndi ərazisindəki qəbiristanlığa düşüb. Nəticədə bir neçə qəbir daşı dağılıb.