Xəbər lenti

Ermənilər Hikmət Mirzəyevin təyinatından niyə qorxurlar? (ŞƏRH)
Siyasət 15:41 16.01.2024

Ermənilər Hikmət Mirzəyevin təyinatından niyə qorxurlar? (ŞƏRH)

"Belə hay-küy qaldırmaq ermənilərin xislətinə xas olan haldır, onlar guya stəkanda fırtına qopartmağa çalışırlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Xüsusi Təyinatlı Qüvvələrin komandanı, 44 günlük Vətən müharibəsi əfsanəsi, general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirin müavini təyin edilməsinin erməniləri təşvişə salmasını şərh edərkən deyib.

Üzeyir Cəfərov bildirib ki, Ermənistan zaman-zaman bu cür bəyanatlar verməklə müəyyən məqsədlər güdür:

"Bu məqsədlərdən biri də yenidən Azərbaycanı gündəmə gətirmək və bu əsasda da ölkəmizə qarşı müəyyən fikirlər formalaşdırmaqdır. Ermənilər  həmişə olduğu kimi, Azərbaycan barədə müəyyən fikirlər səsləndirirlər. Hikmət Mirzəyevin bu təyinatına reaksiyaları da onların həmin siyasətinin ayrılmaz, tərkib hissəsidir". 
 


Həmsöhbətimiz əlavə  edib ki, Qarabağ məsələsi artıq öz həllini tapıb. Ona görə də indiki məqamda Ermənistana hesabat verməyə ehtiyac yoxdur:

"Çünki İrəvan özü də artıq bilir ki, Qarabağ məsələsi Azərbaycan üçün artıq həll olunub. Sadəcə olaraq, Azərbaycana müəyyən basqılar, özünün addımlarını, aldığı silahları, verdiyi bəyanatları ört-basdər etmək üçün belə hay-küy qaldırırlar. Hikmət Mirzəyev normal qaydada vəzifəyə təyin olunub. İndiki vəzifəyə əvvəllər təyin edilsəydi, ermənilərin qorxuya düşməsini hardasa başa düşmək olardı. Belə hay-küy qaldırmaq ermənilərin xislətinə xas olan haldır, stəkanda fırtına qopartmağa çalışırlar. Anklav kəndlərlə bağlı 4 kənd boşaldılmalıdır. Artıq məlumat var ki, Qazaxın 4 anklav kəndi boşaldılır. Kərki kəndi də boşaldılacaq. Yerdə qalan bir neçə yaşayış ərazisinə gəldikdə, məsələ çox rahatdır. Ermənilər dirəniş göstərəcəkləri təqdirdə, qısa zamanda Azərbaycan xüsusi təyinatlıları həmin yerləri də azad edəcək".

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin Prezident İlham Əliyev tərəfindən müdafiə nazirin müavini təyin edilməsi Ermənistanda qorxuya səbəb olub. XTQ komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini kimi Quru Qoşunlara da komandanlıq edəcəyi Ermənistanda Azərbaycanın "profilaktik zərbələrin endirilməsi" taktikasını aktuallaşdıracağına dair narahatlıq yaradıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->