Ermənilərdən Azərbaycana qarşı “Eurovision” təxribatı - VİDEO

Ermənilərdən Azərbaycana qarşı “Eurovision” təxribatı - VİDEO

Erməni mətbuatı Azərbaycanın “Eurovision”dakı final səsverməsi zamanı “saxtakarlığa” yol verməsi ilə bağlı iddia irəli sürüb. 

“Qafqazinfo” xəbər verir ki, final səsverməsindən əvvəl keçirilən sınaq səsvermə zamanı ölkələr üzrə səs saylarını açıqlayan müğənni Səbinə Babayeva Azərbaycanın 10 balı İrlandiyaya göndərdiyini bildirib. Bu açıqlamadan sonra isə danimarkalı aparıcılar İrlandiyanın finalda iştirak etmədiyini və ondan 10 səsi kimə göndərdiklərini yenidən açıqlamasını xahiş ediblər. Lakin Səbina Babayeva yenə də İrlandiyanın adını çəkib. 

Erməni mətbuatı isə Azərbaycanın müsabiqədə biabır olduğunu yazıb. 

Qeyd edək ki, bu hadisə ermənilərin təqdim etdiyi kimi biabırçı fakt deyil və sınaq səsverməsində baş verib. Sınaq səsverməsindəki nətəcələr final gecəsində verilən səslərlə üst-üstə düşməyə də bilər. Belə ki, video görüntüdən də aydın olur ki, digər ölkələr də məşq prosesində finaldan fərqli olaraq, tamam başqa ölkələrin adlarını çəkiblər.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR