Ermənilərə Cəbrayıl və Füzulidə meyit axtarmağa icazə verildi

Ermənilərə Cəbrayıl və Füzulidə meyit axtarmağa icazə verildi

Ermənistanın axtarış qruplarına işğaldan azad olunmuş torpaqlarda meyit axtarışına icazə verilib.

Ermənistan KİV-i xəbər verir ki, sonuncu dəfə belə axtarışlar fevralın 15-də aparılmışdı.

4 axtarış qrupunun Xocavənd rayonu, həmçinin, Füzuli və Cəbrayıl rayonları istiqamətində axtarışlar apardığı məlumdur.

Ermənistanın axtarış qrupları indiyə kimi Qarabağ ərazisindən 1485 cəsəd tapıb. /Modern.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR