Siyasət 18:29 04.04.2013

“Ermənilərə qarşı düşmənçilik hissi ciddi səhvdir” - RÜSTƏM İBRAHİMBƏYOV

 Ziyalılar Forumunun liderlərindən olan Rüstəm İbrahimbəyov “Rosbalt” saytına verdiyi müsahibəsində maraqlı açıqlamalar edib. 

“Qafqazinfo”nun məlumatına görə, Sovet İttifaqının dağılmasına təəssüfləndiyini ifadə edən kinorejissor, ermənilərə qarşı düşmənçilik siyasətinin aparılmasını ciddi səhv hesab etdiyini, həmçinin onların da baş verən faciənin qurbanları olduğunu qeyd edib:

“Azərbaycan və Ermənistanı götürək. Biz bir respublikada yaşayanda hər hansı ərazi iddiaları vardısa belə, onlar arzu idi, hərbi xarakter daşımırdı. Ermənistanda hesab edirdilər ki, Qarabağ onların torpağıdır, biz hesab edirik ki, bizim torpaqdır. Bu müzakirə, danışıqlar, elmi tədqiqat predmetidir. Mənim zənnimcə münaqişənin hərbi yolla həlli cinayətdir. Bu, hər iki ölkənin əhalisinə, bütövlükdə insanlığa qarşıdır. 

Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil, onlar da azərbaycanlılar kimi baş verən faciənin qurbanlarıdır. 

Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaq istəyir. Lakin bu təkcə ərazi deyil, əksəriyyəti ermənilərdən ibarət olan əhalidir. Biz hesab edirik ki, Dağlıq Qarabağda yaşayan və yaşamış bütün insanlar Azərbaycan vətəndaşlarıdır. 

Deməli, onlar da Azərbaycanın digər hissəsində olduğu kimi bütün hüquqlara sahibdirlər. Onlara qarşı düşmənçilik hissinin formalaşdırılması məncə ciddi səhvdir”.

Qaynar.info