Ölkə 09:09 21.10.2020

Ermənilərin məhv edilən döyüş texnikası (SİYAHI)

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhədə döyüşlərdə düşmənin üç ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə üç ədəd yük avtomobili sıradan çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.