Foto 12:26 30.09.2020

Ermənilərin Tərtərdə hədəf aldığı məktəb (FOTO)

Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, düşmən mərmilərindən biri də sentyabrın 27-də Qaraağacı kənd tam orta məktəbinin həyətinə düşüb. Nəticədə təhsil ocağına ciddi ziyan dəyib.
 
Bundan başqa, bir neçə dəqiqə öncə düşmənin atdığı mərmi rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb. Nəticədə Emin Əhmədova məxsus obyekt tamamilə dağılıb.

Qeyd edək ki, sözügedən məktəbdə 360 şagird təhsil alır. Hazırda vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən cəbhədəki məktəblərin dərs cədvəli dəyişdirilib.