Dünya 23:12 10.12.2013

Ermənilərin yeni aclıq təlaşı

Erməni parlamenti fermerlər üçün artezian suyunu 10 dəfə bahalışdırmaq istəyir

Ermənistan parlamentinə təqdim edilən qanun layihəsi fermerlər üçün artezian suyunu 10 dəfə bahalışdırmağı nəzərdə tutur. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu, bir çox deputatlarda təşviş doğurub.

Onların fikrincə, artezian suyunun bahalaşması Ararat vadisində yetişdirilən nohur balıqlarının da bahalaşmasına səbəb ola bilər. Hazırda Ermənistanda istehsal edilən balığın əsas hissəsini təşkil edilən süni gölməçə balıqlarının qiymətini bahalaşdıra bilər.

Erməni mətbuatının yazdığına görə, ərazisində Göyçə (Sevan) gölü kimi bol balıq mənbəyinin olmasına baxmayaraq, Ermənistda balığın əsas hissəsi süni gölməçələrdə yetişdirilir və bu, əhalinin qida rasionunun əsas hissəsini təşkil edir. Belə gölməçələrdə - 12 ton suda ildə 12-13 ton balıq yetişdirmək mümkün olur ki, nəticədə balığın qiyməti ətdən 2-3 dəfə aşağı olur. Məsələn, İrəvanda 1 kiloqram balıq 1300-1400 drama (3,1-3,4 dollar) satılırsa, mal ətinin kiloqramı 2600 dram (6,3 dollar), donuz ətinin kiloqramı 3500 dram (8,5 dollar) və qoyun ətinin kiloqramı 3000 min dramdır (7,3 dollar).

Erməni deputatlar ehtiyat edir ki, artezian suyunun bahalaşması süni gölməçə balığını 25 faiz bahalaşdıra bilər ki, bu da erməni əhalinin geniş təbəqəsini ucuz zülal imkanından məhrum edər.


Qaynar.info