Ermənistan 31 hərbçi itirib, 7-si zabit... - EKSPERT

Ermənistan 31 hərbçi itirib, 7-si zabit... - EKSPERT

Bugünkü erməni təxribatında ölən 31 erməni hərbçisinin 7-si zabitdir.

Bunu Hit.Az-a açıqlamasında "Xocalı Soyqırmını Tanıtma" İctimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu deyib.

O bildirib ki, bugünkü hadisələr erməni xislətinin daha bir üzünü göstərib.

Onun fikrincə, Ermənistan tərəfinin Azərbaycan Ordusu haqqındakı növbəti dezinformasiyaları cəfəngiyatın son həddidir: "Hücum hər vaxt mümkündür. Ancaq Ermənistan tərəfinin absurd yalanları hələ də davam edir. Güya bizim ordu gündüz vaxtı "UAZ” tipli maşınla irəliləyib. Bunu dünyanın hansı ordusu edər? Dezinformasiyanın da həddi var, bu artıq onların hərbi bilik səviyyəsinin də lap aşağı olduğunu göstərir.

İlk atəş Ermənistan tərəfdən Azərbaycan sərhədinə açılıb. Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, düşmən tərəfinin 30 nəfərdən çox itkisi var".

Ş.Sabiroğlunun fikrincə, bu gün müharibəni təkcə Ermənistan aparmır, bu, həm də xarici qüvvələrin onlara dəstəyi ilə icra olunur: "Azərbaycan Ordusu beynəlxalq səviyyədə qəbul olunan şərtlər daxilində fəaliyyət göstərir. İtkilərimiz olsa da düşmən tərəfi geri otuzdurulub”.

Qarabağ qazisi bildirib ki, Ermənistan ordusunun Tovuz istiqamətində növbəti hücumu hər an müharibənin başlanmasını labüd edir:

"Doğrudur, bütün müharibələrin sonu sülh ilə qurtarır. Amma belə bir söz də var ki, sülh istəyən tərəf müharibəyə hazır olmalıdır. Ermənistan silahlı qüvvələri heç vaxt barışa imza atmayacaqlar. Buna görə də bugünkü hadisələr onu göstərdi ki, düşmən çox amansızdır, qəddardır, danışıqlara getməz. Biz bu qəddarlığı bağışlamamalıyıq. Əminəm ki, yaxın vaxtlarda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında mütləq zəfər yürüşü başlayacaq. Mən də Qarabağ qazisi kimi ön cəbhədə olub Silahlı Qüvvələrə dəstək göstərəcəm.

Allah şəhidlərimizin ruhunu şad eləsin. Yaralılara şəfa diləyirəm".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR