Siyasət 16:32 22.01.2022

Ermənistan çıxılmaz sosial-iqtisadi krizisə doğru - 2022 nə vəd edir?

Ermənistanda sosial-iqtisadi baxımdan 2022-ci ilin kifayət qədər çətin olacağı görünür. Məsələ burasındadır ki, ölkədə iqtisadi mühitə mənfi təsir göstərən əlavə amillər yaranıb. 

Bunlardan birincisi hazırki hakimiyyətin sərişəstsizliyi, ikincisi isə ağlasığmaz inflyasiyadır. Düzdür, ümumilikdə bütün dünyada enerji daşıyıcılarının qiymətinin qalxması əhval-ruhiyyəsi müşahidə olunur, lakin Ermənistanda özünəməxsus və məntiqsiz qiymət artımı özünü göstərir. 

Hazırda Ermənistanda ərzaq qiymətlərinin artması xüsusilə diqqət çəkir ki, bu da təkcə ciddi sosial məsələ deyil, həm də ərzaq təhlükəsizliyi məsələsidir. Aydındır ki, çətin geosiyasi vəziyyətdə olan Ermənistan üçün ərzaq təhlükəsizliyinin səviyyəsinin aradan qaldırılması əsas olmalıdır. Bu da ona görədir ki, koronavirusun yayılması ilə yanaşı, N.Paşinyanın populist bəyanatları kimi vədlər və sözlər hələ də havada asılı vəziyyətdə qalıb. Bundan başqa, Ermənistanda Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra aqrar sahə, bütövlükdə, xüsusi qayğıdan kənarda qalıb və hakimiyyətin baxışı və gördüyü işlər asfalt çəkməkdən o yana keçmir.

Məllumdur ki, kənd təsərrüfatı iqlimdən asılı olaraq iqtisadiyyatın ən riskli sahələrindən biridir, bunun nəticəsi böyük zəhmət tələb edir və asfalt örtüyünün döşənməsi prosesi dərhal gözə dəyir və çox vaxt tələb etmir. Buna əlavə olaraq, Ermənistana çoxlu miqdarda ərzaq məhsullarının Qarabağdan gəlməsi və müharibədən sonra Qarabağ ərazilərinin azad edilməsi nəticəsində Ermənistana kənd təssərüfatı məhsullarının təmminatı dayandıqdan sonra vəziyyət daha da ağırlaşıb. Bir sözlə, ərzaq təhlükəsizliyi baxımından Ermənistan iqtisadiyyatı özünü təmin edə bilmir və bu da Ermənistanı xarici bazarlardan həddən artıq asılı vəziyyətə salır.

Məsələn, Ermənistan əsasən Rusiyadan taxıl idxal edir, Rusiyada taxıl yığımında azalma olarsa, Ermənistan bunun nəticəsini dərhal hiss edəcək. Bununla belə, bazarda müşahidə olunan inflyasiyanın səviyyəsini artıracaq başqa hallar da var. O cümlədən, artıq yanvarın 1-dən içməli suyun qiyməti 20 dram artıb. Bu arada Nikol Paşinyan 2018-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı təşviqat kampaniyası zamanı "Veolia Water” şirkəti ilə suyun qiymətinin 2024-cü ilə qədər artmayacağına dair razılığa gəldiklərini açıqlayıb. İndi də həmin Paşinyan suyun bahalaşmasına haqq qazandırmaq üçün qeyd edir ki, əgər indi suyun qiyməti qalxmasa, 2024-cü ildə o qədər bahalaşacaq ki, böyük fərq yaradacaq. 

Bu gün Ermənistanda suyun qiymətinin qalxması elektrik enerjisinin tarifinin artırılması ilə bağlı qərarla ardıcıl gedir. Elektrik enerjisinin bahalaşmasının əsas səbəbləri isə AES (Atom Elektrik Stansiyyası) üçün götürülən kreditlərin yükü və Hrazdan İES-in 5-ci enerji blokunun problemi ilə bağlı "Qazprom” şirkəti qarşısında öhdəliklərin yerinə yetirilməməsidir. Başqa sözlə, problem bəzilərinin təqdim etməyə çalışdığı kimi mütləq Ermənistanın elektrik şəbəkələri deyil, bu orqanların enerji sektorunu səmərəli idarə edə bilməməsi, bunun nəticəsində maliyyə boşluğunun yaranmasıdır. Bu qiymət artımı məsələləsinə qazın qiyməti də tezliklə əlavə olunacaq.

Yanvarın 13-də "Qazprom Ermənistan” ölkədə bütün istehlakçılar üçün vahid tarif təyin etməyi təklif edərək, qaz tariflərinə yenidən baxılması üçün İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına sorğu təqdim edib. Müvafiq qərar qəbul olunarsa, Ermənistanda istehlakçılara verilən qazın tarifi aprelin 1-dən 6% artacaq. Su, qaz və işıq qiymətlərinin artması nəticəsində müəssisələr təbii olaraq xidmət və malların qiymətlərini artırmaqla xərclərin artımını kompensasiya etməyə çalışacaqlar. Belə çıxır ki, bir müddət əvvəl Paşinyan Ermənistanda heç bir "apokaliptik qiymət artımı”nın olmadığına və hətta hədə-qorxu gəlmədiyinə inandırsa da, Ermənistan qiymət artımı ilə bağlı fəlakətli vəziyyətlə üzləşib. Yaxşı, 2018-ci ildə və ondan əvvəl Paşinyan qazın baha olmasında sələflərini günahlandırır, hakimiyyətə gələrsə, qazın qiymətinin azalacağını vəd edirdi. 

Lakin göründüyü kimi, N.Paşinyan bu vədi də yerinə yetirə bilmədi. Bir sözlə, Ermənistan vətəndaşlarının gəlirlərində artım olmadığından, işsizlik və mühacirət artdığından və inflyasiya indiki sosial-iqtisadi vəziyyətin daha dözülməz olacağı məlumdur. 

Telman Qasımov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?