Dünya 12:19 03.07.2018

Ermənistan: Ərdoğanı təbrik etməyəcəyik

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə əlaqələrdə hər hansı bir irəliləyişin olmadığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Ermənistan XİN-in sözçüsü Tiqran Balayan hər iki ölkənin 2014-cü ilə qədər bir-birlərinin rəsmi bayramlarını təbrik etdiyini xatırladaraq, Rəcəb Tayyib Ərdoğanın hakimiyyət başına keçməsindən sonra rəsmi təbrikləşmə prosedurunun dayandığını deyib.

Balayan bildirib ki, bu səbəbdən rəsmi İrəvan Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik etməyəcək.

XİN rəsmisi həmçinin Türkiyədəki seçkilərdən sonra erməni-türk münasibətlərində hər hansısa bir irəliləyişin gözlənilmədiyini də sözlərinə əlavə edib.