Ermənistan hər milyon nəfər üzrə koronavirusdan ölüm sayına görə dünyada ikinci yerdədir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu ölkə COVID-19-da bağlı başqa bir siyahıda da "liderlər” sırasındadır.
Belə ki, indiyə qədər hər milyon nəfər əhali üzrə ən çox yoluxma halı 5 ölkədə qeydə alınıb.
Həmin ölkələrin siyahını təqdim edirik:
Qətər - hər milyon nəfərə 36 168;
Bəhreyn - hər milyon nəfərə 17 817;
Çili - hər milyon nəfərə 15,744;
Küveyt - hər milyon nəfərə 12 175;
Ermənistan - hər milyon nəfərə 11 872
Bu göstəriciyə, yəni hər milyon nəfər üzrə yoluxma sayına görə Ermənistan Çilidən sonra ikinci yerdədir.
Azərbaycanda hər milyon nəfər üzrə yoluxma sayı 2 200-dən bir qədər çoxdur.
Qeyd edək ki, indiyə qədər ölkəmizdə 22 990 nəfər koronavirusa yoluxub. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Şərhlər