Dünya 16:56 21.07.2021

Ermənistan müdafiə nazirinin müavini işdən çıxarıldı

Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "News.am” məlumat yayıb.

Bildirilib ki, onun işdən çıxarılması barədə qərarı Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, dünən Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan istefa verib.