Ölkə 21:39 25.12.2018

Ermənistan ordusunun üç hərbçisi yaralandı

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb. 

Qaynarinfo AzərTAc-a istinadən xəbər verir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb.
Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır. 

Qeyd edək ki, ümumilikdə dekabrın 15 günü ərzində Ermənistan ordusunda müxtəlif səbəblərdən 10 hərbi qulluqçu yaralanıb.