Dünya 20:31 23.01.2022

Ermənistan Prezidenti istefa verdi

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Armen Sarkisyan özü bildirib.

Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır.

"Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, - o deyib.