Dünya 12:19 21.10.2020

Ermənistan prezidentinin oğlu döyüşdən qaçıb - Xalq etiraz edir

Dağlıq Qarabağda müharibə başlayandan sonra Ermənistan prezidenti Armen Sarkisyanın oğlu Ayk Sarkisyan yenidən yada düşüb.

Qaynarinfo Yenisabah-a istinadən Ermənistanın müxalifyönlü mətbuatı və sosial şəbəkə istifadəçiləri prezidentin "oğlunun” harda olmasına dair araşdırmalara başlayıblar. Məlum olub ki, o, Ermənistandan və hazırda müharibə gedən Dağlıq Qarabağdan minlərlə kilometr uzaqda öz sevgilisi - əri ilə təhlükəsiz şəraitdə həyatını yaşayır. Bundan qəzəblənən əsgər anaları müharibə tərəfdarı kimi çıxış edən prezident Armen Sarkisyana "Sus danışma!”, "Sənin oğlun hardadır?”, "Niyə ərə gedən oğlunu Qarabağda döyüşə göndərmirsən?” və sair kimi məzmunlu şərhlər yazaraq etirazlarını çatdırıblar.

Xatırladaq ki, bu ilin iyun ayında Qərb mediasında yayılan xəbərlərə görə, Ermənistan Prezidenti Armen Sarkisyanın kiçik oğlu Ayk Sarkisyan Faris adlı sevgilisi ilə evlənib. Toyda bir sıra yüksək vəzifəli şəxslər, eləcə də Böyük Britaniya şahzadəsi iştirak edib. Ermənistan prezidentinin ərə gedən oğlunun fotolarını təqdim edirik: