Siyasət 21:42 29.05.2018

Ermənistan xarici işlər nazirinin müavini istefa verib

Ermənistan xarici işlər nazirinin müavini Robert Arutunyan istefa verib.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib. 

Robert Arutunyan Ermənistan Respublikaçılar Partiyasından olan deputat Xosrov Arutunyanın oğludur. 

O, nazir müavini vəzifəsinə 2016-cı ilin martında təyin edilmişdi.