Ölkə 13:09 06.03.2020

Ermənistanda əsgərlərə keyfiyyətsiz çəkmələr alınıb

Ermənistan Dövlət Nəzarət Xidməti ölkənin silahlı qüvvələri üçün ayaqqabı alarkən dövlət sifarişlərində pozuntular aşkarlayıb.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı alınan malların keyfiyyəti, çatdırılma üsulu, texniki xarakteri və sairlə bağlı bir sıra qanun pozuntular aşkar edilib.

Faktlara hüquqi qiymət verilməsi üçün İstintaq Komitəsinə arayış təqdim olunub.