Dünya 10:17 01.02.2013

Ermənistanda prezidentliyə namizəd güllələndi

Paruyr Ayrikyana İrəvanın mərkəzində sui-qəsd olub

Ermənistanda prezidentliyinə namizəd, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyana sui-qəsd olub. Hadisə İrəvanın mərkəzində baş verib. Paruyr Ayrikyan döş qəsəfindən güllə yarası alıb və “Qriqor Lusavoriç” tibb mərkəzinə aparılıb.

“Ölkədə prezident seçkiləri namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunmasına görə təxirə salına bilər”. Bunu Ermənistan parlamentinin sədri Ovik Abramyan deyib. Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır.

Parlament sədri bildirib ki, o, şəxsən Ayrikyanla söhbət edib və onun vəziyyətini normal hesab edir. Ayrikyanın spikerə söylədiyinə görə, ona iki dəfə atəş açıblar.