İdman 15:40 27.09.2020

Ermənistanda səfərbərlik elan edildi: Futbol çempionatı dayandırıldı!

Futbol üzrə Ermənistan çempionatı dayandırılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin futbol federasiya məlumat yayıb. 
 
Bununla bağlı olaraq artıq klublara məktub göndərib.
 
Bu addım ölkədə hərbi səfərbərlik elan olunduğu üçün atılıb. Qərara görə, ölkə ərazisində FİFA bayrağı altında keçirilən bütün yarışlar səfərbərliyin sonuna qədər dayandırılıb.

Qeyd edək ki, hazırda Ermənistan silahlıları ilə Azərbaycan ordusu arasında döyüşlər davam edir. Azərbaycan ordusu bir neçə kəndi və yüksəkliyi ermənilərin işğalından azad edib.