Dünya 14:44 04.12.2018

Ermənistanın hərbi təyyarəsi qəzaya uğradı, iki pilot öldü (YENİLƏNİB)

Gümrü şəhərindəki aeroportdan havaya qalxan və radarlardan itən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan məlumat verib. Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

Qəza nəticəsində döyüş təyyarəsinin iki pilotu ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır. 
 
***13.23 
 
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi radarlardan itib.

Qaynarinfo Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Gümrü şəhərindəki aeroportdan havaya qalxan təyyarə ilə əlaqə kəsilib.

Məlumatda bildirilir ki, "Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Hazırda təyyarənin axtarışları aparılır. 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!